Əfqanıstanın Pakistanla sərhədinin yaxınlığında yerləşən Bədəşxan əyalətində 5,8 bal gücündə zəlzələ baş verib.
Unikal.org-un məlumatına görə, bu barədə Pakistanın Seysmik Fəallığın Milli Monitorinq Mərkəzindən bildiriblər.
Məlumata əsasən, yeraltı təkanların ocağı 157 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alan və dağıntılar barədə məlumat verilməyib.