Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda “Chuanyan” – “Əkiz doqquzlar” ənənəvi Çin bayramına həsr olunan tədbir keçirilib.
Unikal.org xəbər verir ki, açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov bayramın müdrik Fey Çanfanla bağlı mənşəyinin əfsanəsi haqqında danışıb, fəlsəfi məzmunu haqqında ətraflı məlumat verib.
Konfutsi İnstitutunun əməkdaşları və ADU-nun tələbələri bildiriblər ki, bayramda əcdadların xatirəsi ehtiramla yad edilir və bayramın simvolu olan beşqatlı tort – “chunyang gao”nun hazırlanır.
Tədbirdə XX əsr dövlət, siyasi və partiya xadimi, müasir ÇXR-in qurucusu Mao Tszedunun və qədim Çin şairləri Tao Yuanminin bayrama həsr etdiyi və Van Veyin bayramın simvollarından biri olan xrizantemlərə həsr olunmuş şeirləri səsləndirilib.