"Kür çayının Neftçala rayonundan keçən hissəsi balıqların ovlanması üçün qurulan sintetik torlardan və qadağan olunmuş digər ov vasitələrindən təmizlənib. Aksiyalar digər su hövzələrində də davam etdirilir".
Unikal.org xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional ekologiya idarəsinin rəisi Kənan Kərimli deyib.
O bildirib ki, qadağan olunmuş alətlərlə balıq ovlanması təbiətə qarşı düşmənçilik və sivil ov qaydalarına ziddir:
"Hər kəsi sivil qaydalarla balıq ovlanmasının təbliğinə və təşviqinə dəstək verməyə, su hövzələrinin ətrafında yaşayan sakinləri belə balıq ovlayan qohumlarını, qonşularını bu işlərdən çəkindirməyə çağırırıq. Hesab edirik ki, ictimaiyyətin tənbehi onların cəzalandırılmasından daha təsirli olar. İctimaiyyət nümayəndələrindən, həvəskar balıqçılardan xahiş edirik ki, qadağan olunmuş ov vasitələri, sintetik torlar, elektrik cərəyanları ilə balıq ovlayanların kimliyi barədə bizə və hüquq-mühafizə orqanlarına məlumat versinlər”