Bu gün gənclər və idman naziri Azad Rəhimov Litvanın Druskininkay şəhərinin meri Richardes Malinauskası qəbul edib.
Unikal.org xəbər verir ki, görüş zamanı hər iki ölkənin idman infrastrukturu, idman qurğularının fəaliyyəti və əhalinin idman arenalarına cəlb olunmasında yeni mexanizimlərin işlənilməsi müzakirə olunub.
Görüşün sonunda şəhərin idman infrastrukturunun inkişafı istiqamətində qarşılıqlı təcrübə mübadiləsinin aparılması ətrafında danışılıb.