Oktyabrın 18-də Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyində (AQTA) agentliyin sədr müavinləri Rüfət Rüstəmzadə və Balarəhim Quliyevin iştirakı ilə enerji içkilərinin istehsalı və idxalı ilə məşğul olan sahibkarlarla geniş müşavirə keçirilib.
Bu barədə Unikal.org-a AQTA-nın mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, 2020-ci il yanvarın 1-dən ölkəmizdə qüvvəyə minəcək “Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları”nın icrasına həsr olunan müşavirədə həmin sənədin AQTA-da hazırlanaraq Ədliyyə Nazirliyinə təqdim olunduğu, Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyatdan keçdiyi diqqətə çatdırılıb. Sənədin hazırlanmasında beynəlxalq təşkilatların və dünyanın qabaqcıl ölkələrinin təcrübəsindən, eləcə də Avropa Birliyinin elmi tədqiqatlarından istifadə olunduğu bildirilib.
Qeyd olunub ki, həmin qaydalara əsasən ölkə ərazisində enerji içkilərinin istehsalı və idxalı ilə məşğul olan sahibkarlıq subyektləri sənəddə əksini tapan norma və qaydalara uyğun olaraq öz fəaliyyətlərini 2020-ci il yanvarın 1-dən etibarən təşkil etməlidirlər.
Görüşdə enerji içkilərinin saxlanma və daşınması ilə bağlı qaydalarda şərtlərin müəyyən edildiyini bildirən agentlik sədrinin müşaviri Elxan Mikayılov bu şərtlərə əsasən növbəti ilin yanvar ayının 1-dən etibarən enerji içkilərinin soyuq zəncirə daxil ediləcək və 0°C – 18°C temperaturda daşınmasına və saxlanmasına nəzarət ediləcəyi barədə məlumat verib. Bununla yanaşı, bildirilib ki, 18 yaşdan aşağı şəxslərə enerji içkilərinin satışı sözügedən sənədlə qadağan olunur. Bu məqsədlə məktəb və uşaq bağçalarının yaxınlığında bu tipli içkilərin satışına icazə verilməyəcəkdir.
Tədbirdə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) əməkdaşı çıxış edərək sözügedən qaydaların hazırlanması məqsədilə yaradılmış elmi komitə və oraya üzv olan müvafiq qurumlar və aparılan araşdırmalar barədə geniş məlumat verib.
Bununla yanaşı, sahibkarlıq subyektlərinə müraciət olunaraq, agentliyin ölkədə qida təhlükəsizliyi ilə bağlı həyata keçirdiyi tədqiqatlarda, elmi araşdırmalarda və müzakirələrdə yaxından iştirak etməyə və AQTİ ilə sıx əməkdaşlığa dəvət olunub.
Görüşdə “Bizon”, “Jaguar”, “Go”, “Strong”, “Burn”, “Monster”, “Hazzard”, “Full”, “Atom”, “Jara”, “Berg Skyline”, “Berg Extreme”, “RedBull”, “Hell”, “King Legend”, “Bomba”, “Redbull”, “Hell”, “28 Black”, “Carabao original”, “Boost”, “Dragon”, “İnfinity”, “Carabao” və “Monster” əmtəə nişanlı enerji içkilərinin idxalı və istehsalı ilə məşğul olan 30-a yaxın sahibkarlıq subyekti iştirak edib.
Qeyd edək ki, yeni norma və qaydalar Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin rəsmi internet saytında da (http://afsa.gov.az/az/legislation/acts) yerləşdirilib.
Tədbirdə tətbiq olunacaq yeni sanitariya normaları və qaydalarının əsas məqsədinin bu məhsulların insan həyatı və sağlamlığı üçün təhlükəsizliyinin və istehlakçıların hüquqlarının müdafiəsinin təmin olunması ilə bağlı olduğu diqqətə çatdırılıb.
Enerji içkilərinin bu şəxslərə satışı qadağan olunur - Azərbaycanda

10:03 19-10-2019
CƏMİYYƏT
Digər Xəbərlər
2025-03-03 14:00:00
2025-03-03 13:48:56
.jpg)
2025-03-03 13:47:00

2025-03-03 13:17:33

2025-03-03 13:01:26

2025-03-03 12:30:05

2025-03-03 12:17:37

2025-03-03 12:12:12

2025-03-03 12:04:59

2025-03-03 12:00:00
.png)
2025-03-03 11:59:15

2025-03-03 11:58:12

2025-03-03 11:52:37

2025-03-03 11:36:35

2025-03-03 11:33:59

2025-03-03 11:28:26

2025-03-03 11:17:17

2025-03-03 11:15:56

2025-03-03 11:10:30

2025-03-03 11:01:00
