2018/2019-cu tədris ilində Azərbaycanın ali təhsil müəssisələrində 86 ölkədən 6004 əcnəbi tələbə təhsil alıb.
Təhsil Nazirliyindən Unikal.org-a verilən məlumata görə, ölkələr üzrə əcnəbi tələbələr sırasında ilk yeri Türkiyə tutur. Ötən tədris ilində Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan türkiyəli tələbələrin sayı 2175 nəfər olub.
Bundan əlavə, Azərbaycanda təhsil alan əcnəbi tələbələr sırasında İran (809), Rusiya (635), Gürcüstan (591), İraq (420), Pakistan (196), Türkmənistan (178), Banqladeş (153), Çin (104), Nigeriya (91), Qazaxıstan (62), Suriya (60), Hindistan (58), Özbəkistan (45), İordaniya (37), Ukrayna (35), Şri Lanka (35), Fələstin (32), Əfqanıstan (28), ABŞ (26), Nepal (21), Yəmən (17), Koreya (17), Sudan (14) İsrail (14) və digər ölkələrin (151) vətəndaşları olub.
Avstriya, Baham Adaları, San-Tome və Prinsipi, Bolqarıstan, Çexiya, Çili, Ekvador, Eritreya, İsveçrə, Keniya, Kolumbiya, Lesoto Krallığı, Liberiya, Litva, Liviya, Malayziya, Mavriki, Mavritaniya, Mərakeş və Tailanddan olan tələbələr də Azərbaycanın ali təhsil müəssisələrində təhsil alırlar.