Elan saytında iş axtaran qadın xoşagəlməz halla qarşılaşıb.
Unikal.org xəbər verir ki, Bakıda nəqliyyat şirkətinin yerləşdirdiyi elandakı nömrəyə mesaj yazan gənc qıza əxlaqsız təklif edilib.
Şirkətin nümayəndəsi iş axtaran qadına intim suallar ünvanlayıb, istədiyi cavabı ala bilmədikdə isə onu nalayiq söyüşlərlə təhqir edib.
Onların "WhatsApp" yazışmalarının görüntüləri sosial mediada yayılıb.