Türkiyənin Manisa şəhərinin Sarıgöl qəsəbəsində yaşayan 24 yaşlı Mələk H., onu zorladığını iddia etdiyi bacısının əri 37 yaşlı Suat Vuralı qəribə üsulla öldürüb.
Unikal.org DHA-ya istinadən xəbər verir ki, Mələk qayını Suatın qoluna şprislə siçan dərmanı vurub. Şübhəli qadın saxlanılıb.
Evli və 2 uşaq atası Suat Vural iddiaya görə, dünən axşam qayınatasının evinə gedib. Saat 23:00 radələrində da ərindən ayrıldıqdan sonra ata evinə qayıdan baldızı Mələk H.-nın otağına girərək onu zorlayıb. Olayın ardından otaqdan çıxan Mələk evin həyətindəki içərisi siçan dərmanı ilə dolu şprisi götürərək qaynının yanına qayıdıb. Mələk şprisdəki mayeni qayınının sağ qoluna vurub. Halı pisləşən Vural yerə yıxılaraq, hadisə yerində keçinib.
Faktla bağlı araşdırma gedir.