Space Tv-də Amil Xəlilin təqdimatında yayımlanan "Gəl dərdini danış"da bu gün mübahisəli məqamlar yaşanıb.
Unikal.org xəbər verir ki, verilişə müraciət edən Ceyhun adlı Neftçala sakini birinci qrup əlil olduğunu və arvadının onu biabr etdiyini deyib. Qeyd edib ki, arvadı yaxın ailə dostu ilə ona xəyanət edib.
Ceyhun bəyin sözlərinə görə bir gözünün görməməsi və digərinin zəif olmasından istifadə edən qadın bunu rahatlıqla gizlədib. Bir gün evdə olan Ceyhun bəy qadınının biabrçı fotolarını və videolarını gizli işlətdiyi telefonda ortaya çıxardaraq tapıb. Ceyhunun dediyinə görə,onun efirə çxımaqda tək istəyi kənddə rahatçılıq tapmasıdır:
"Mən kənddə gəzə bilmirəm. Hamı arvadımın bu hərəkətindən danışır. O, çıxsın getsin kənddən. Ən pis isə ondan keçən ayda boşansam da hələ də mənim evimdə rahat qalır".
Daha sonra qarşı tərəf də efirə qoşulub müəyyən arqumetləri ortaya qoyub.
Qeyd edək ki, "Gəl dərdini danış" həftə içi hər gün saat 12:20 də Space Tv-də yayımlanır.