Türkiyə Super Liqasında IX tur davam edir.
Unikal.org xəbər verir ki, turun üçüncü günündə 4 qarşılaşma keçirilib.
Mərkəzi oyunda İstanbul nəhəngləri “Beşiktaş”la “Qalatasaray” üz-üzə gəlib. Derbinin taleyini “ağ-qaralar”ın vurduğu bir top həll edib. Umut Nayırın 69-cu dəqiqədəki qolu “Beşiktaş”a qələbə qazandırıb. Bu qələbə ilə onlar turnir cədvəlində “sarı-qırmızılar”a yaxınlaşıb.
Günün digər oyunlarında “Yeni Malatyaspor” “Kayserispor”u dörd cavabsız qolla darmadağın edib. “Göztəpə” evdə “Kasımpaşa”ya böyük hesabla uduzub. “Gənclərbirliyi” isə “Dənizlispor”a məğlub olub.
Qeyd edək ki, tura sabah keçiriləcək “Başakşəhər” – “Trabzonspor” matçı ilə yekun vurulacaq.