Keyvəndi kənd İnzibati Ərazi Dairəsinə daxil olan kəndlərə (Minkə, Keyvəndi, Şəbiyan, Bəhliyan, Bilistan) Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Dövlətimizin qayğısının nəticəsi olaraq asfalt yollar çəkilib.

Unikal.org xəbər verir ki, Keyvəndidə müasir, çoxistiqamətli istehsal və emalı olan maldarlıq kompleksi tikilib. Yeni tibb məntəqəsi istifadəyə hazırdır. İnzibati ərazi dairəsinə daxil olan Pirəbilqasım kəndinə də yol çəkilişinə başlanıb.

Keyvəndi kəndində İsmayıllı rayon İcra Hakimiyyəti başçısının keçirdiyi görüş-qəbulda bunlardan ətraflı danışıldı. RİH-nin başçısı Mirdaməd Sadıqov sözü, təklifi, istəyi olan hər bir kəsi dinlədi və qaldırılan məsələlərin icrası üçün müvafiq təşkilatlara tapşırıqlar verdi, aid Respublika təşkilatlarına müraciət edəcəyini bildirdi.

Görüş-qəbulda iştirak edən Keyvəndi sakinləri nəyi xahiş etdilər? Tam orta məktəbin indiki binasında təlimin səmərəli təşkili üçün heç bir şəraitin olmadığını deyib, yeni binanın tikintisinə, 20 ədəd elektrik dirəyinin dəyişdirilməsinə, İƏD-in əhatə etdiyi kəndlərə qaz çəkilişinə, 2 nəfər qadın işlə təmin olunmalarına kömək göstərilməsini istədilər.