Türkiyə Böyük Millət Məclisinin müxalif Cümhuriyyət Xalq Partiyasından olan deputatı Mahir Polat avtomobil qəzasına düşüb.
Unikal.org xəbər verir ki, hadisə oktyabrın 30-da İzmir əyalətinin Bayandır rayonunda baş verib.
Qəza nəticəsində millət vəkili yaralanıb. M.Polad Torbalı rayonundakı dövlət xəstəxanasına yerləşdirilib. Onun səhhətinin normal olduğu bildirilib.
M.Polat tədbirə gedirmiş.