Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev Elnur Şahbaz oğlu Rzayevi Xaçmaza və Anar Aqil oğlu Tağıyevi Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edib.
Unikal.org yeni icra başçıların dosyesini hazırlayıb.
Elnur Şahbaz oğlu Rzayev
Gəncə şəhər İcra Hakimiyyətinin başçısının müavini vəzifəsində işləyib. O, bu təyinata qədər Gəncə “Asan xidmət”in rəhbəri vəzifəsində çalışıb.
Rzayev Elnur Şahbaz oğlu 1980-ci ildə Qərbi Azərbaycanın Aşağı Şorca kəndində anadan olub.1996-2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “Biznes üzrə menecment” ixtisası üzrə bakalavr, 2000-2002-ci illərdə həmin Universitetdə “İstehsal sistemlərinin idarəedilməsi” ixtisası üzrə magistr, 2010-2013-cü illərdə Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında “Dövlət və Bələdiyyə idarəetməsi” ixtisası üzrə təhsil alıb.
2004-2009-cu illərdə DSMF-nun Gəncə şəhər Nizami rayon şöbəsində məsləhətçi, 2009-2013-cü illərdə Daşkəsən rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru vəzifəsində işləyib.
Ailəlidir,3 övladı var.
Tağıyev Anar Aqil oğlu
25 mart 1981-ci ildə Bakı şəhərində anadan olub. 1997-ci ildə Bakı şəhəri 1 saylı orta məktəbini, 2001-ci ildə Bakı Dövlət Universitetini, 2005ci ildə isə Moskva Dövlət Vilayət Universitetini bitirib. Təhsil aldığı müddətdə 1999-cu ildən 2002-ci ilədək “Eurostyle” şirkətində ümumi işlər üzrə hüquqşünas, 2006-cı ildə H.Əliyev adına Bakı Dərin Özüllər zavodunun Birgə layihələr şöbəsində mühəndis vəzifəsində çalışıb. 2006-2008-ci illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin Gənclər Təşkilatları ilə iş sektorunda məsləhətçi vəzifəsində işləmişdir. 2008-2010-cu illərdə Nəsimi rayon İcra Hakimiyyətinin “İctimai təşkilatlar və siyasi partiyalarla iş” şöbəsinin, 2010-2011-ci ilədək isə “Ərazi idarəetmə və yerli özünü idraəetmə oraqanları ilə iş” şöbəsinin müdiri vəzifələrinə təyin olunmuşdur. 2011-ci ildən hal-hazırki dövrədək Nəsimi rayon İcra Hakimiyyəti Başçısının müavini vəzifəsində çalışıb. 2006-cı ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, 2 övladı var.