İraqda etiraz aksiyaları davam edir.

Unikal.org  “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, Bağdadda aksiyaçılar vətəndaş itaətsizliyi elan edib, şəhərin əksər rayonlarında yolları bağlayıb.

Bağdadı iki hissəyə bölən Dəclə çayı üzərindəki körpü də aksiyaçılar tərəfindən bağlanıb və şəhərin iki hissəsi arasında əlaqə kəsilib.

Bu gün Vasit və Nasriyə əyalətlərində də aksiyalar davam edib.

Qeyd edək ki, İraqda hökumət əleyhinə aksiyalar oktyabrın 1-dən başlanıb. Əhali ölkədə korrupsiyanın yayılmasından və yoxsulluqdan narazıdır, dövlət orqanlarında islahatların aparılmasını tələb edir. Aksiyalar Bəsrə, Kərbəla, Vasit, Kərkük və digər şəhərləri əhatə edib. Aksiyaların dağıdılması zamanı onlarla insan həyatını itirib.