Bu gün Sumqayıt şəhərinin bəzi qəsəbələri və yaşayış massivlərinə içməli suyun verilməsi məhdudlaşdırılacaq.
“Azərsu” ASC-dən Unikal.org-a verilən məlumata görə, Sumqayıt Karbamid Zavoduna yeni dəmir yolunun çəkilməsi ilə əlaqədar ərazidən keçən magistral su kəmərinin yerinin dəyişdirilməsi səbəbindən 2019-cu ilin noyabrın 4-də Sumqayıt stansiyası, Müşfiqabad, Nübar, Çiçək, Hökməli qəsəbələri və ətraf yaşayış massivlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Su təchizatının axşam saatlarında bərpa edilməsi nəzərdə tutulur.