Bu gün saat 17:15-də İsveçrənin Nyon şəhərində futzal üzrə DÇ-2020-nin elit-raundunun püşkü atılacaq.

Unikal.org xəbər verir ki, UEFA, püşkdən əvvəl komandaları səbətlərə bölüb. Azərbaycan millisi öz qrupunun ikinci komandası olacaq. Bu o deməkdir ki, komandamızla birgə, qrupunun ikincisi olacaq İtaliya, Sloveniya, Serbiya rəqibimiz olmayacaq.

Qrup birinciləri isə bu komandalar olacaq: İspaniya, Rusiya, Portuqaliya və Qazaxıstan.

Komandalar reytinq cədvəlindəki mövqeyinə uyğun olaraq bu cür təsnifatlandırılıblar. Elit-raundda iştirak edəcək 16 komanda hər birində 4 iştirakçı olmaqla 4 qrupa bölünəcək. Hər qrupda əsas mərhələdə qrup qalibi olmuş 2, bir o qədər də ikinci pilləni turmuş komanda yer alacaq. Qrup qalibləri elit-raundun püşkü zamanı öz qruplarında 1-ci və 2-ci sırada, əsas mərhələnin ikinciləri isə 3-cü və 4-cü sırada qərarlaşacaq.

Elit-raundun oyunları 2020-ci il yanvarın 27-dən fevralın 5-dək keçiriləcək. Qrup qalibləri birbaşa final mərhələsinə yüksələcək. İkinci pillənin sahibi olacaq 4 komanda pley-offda üz-üzə gələcək. Pley-off oyunları aprelin 9-da və 12-də ev-səfər prinsipi ilə keçiriləcək. Qaliblər həlledici mərhələdə iştirak edəcəklər. Final mərhələsi gələn il sentyabrın 12-dən oktyabrın 4-dək Litvada təşkil olunacaq. Oyunlar “Kaunas Arena”da, “Vilnüs Arena”da və “Klaipeda Arena”da keçiriləcək.

Ev sahibi
Səbət 1 (qrupda 4-cü pillədə)
Xorvatiya
Çexiya
Ukrayna

Səbət 2 (qrupda 2-ci pillədə)
Serbiya

Səbət 3 (qrupuda 1-ci pillədə)
Rusiya
İspaniya
Portuqaliya

Səbət 1 (qrupda 3-cü və 4-cü pillədə)
Belarus
Finlandiya
Fransa
Rumıniya
Slovakiya

Səbət 2 (qrupda 2-ci pillədə)
Azərbaycan
İtaliya
Sloveniya

Səbət 3 (qrupda 1-ci pillə)
Qazaxıstan