Rusiyanın Krasnodar diyarının Armavir şəhərində yerli deputat Aleksey Vinoqradovun erməni faşisti Qaregin Njdenin şərəfinə qoyulan xatirə lövhəsini boyamasından sonra bir qrup vətəndaş Rusiyanın Yerevandakı səfirliyi qarşısında etiraz aksiyası keçirir.
Unikal.org " "Arminfo"ya istinadən xəbər verir ki, etirazçılar asayiş keşikçilərinin məsafə saxlamağı tələb edərək Rusiya diplomatik nümayəndəliyinin qapılarına yaxınlaşmağa icazə verməməsinə görə narazılıqlarını bildirirlər.
Aksiya iştirakçıları Rusiya səfirliyinin nümayəndələrinə etiraz-nota məktubunu vermək istəyirlər.
Etirazın təşəbbüskarlarından biri "Sasna tsrer" yaraqlılarıdır.