Ukraynanın Xarkov vilayətində silah anbarında partlayışlar baş verib.
Unikal.org xəbər verir ki, hadisə nəticəsində iki hərbçi həlak olub.
Daha iki nəfərin yaralandığı deyilir. Qeyd olunur ki, Balakleya şəhərindəki bazada ard-arda 20 partlayış səsi eşidilib.
Hazırda silah anbarında daşınması mümkün olmayan sursatlar məhv edilir.
Partlayışın səbəbi ilə bağlı araşdırma başlayıb.