Beynəlxalq əlaqələr şöbəsi və Macar dili və mədəniyyəti mərkəzinin birgə təşkilatçılığı ilə Macarıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Viktor Sederkenyi Azərbaycan Dillər Universitetində (ADU) olub.

Unikal.org xəbər verir ki. səfir universitetdə fəaliyyət göstərən “Səfir saatı” layihəsi çərçivəsində universitetin tələbələri ilə görüşüb.

Səfir Viktor Sederkenyi görüşdə şəxsi təcrübələri, təhsil aldığı dövrlər, diplomatik fəaliyyəti, eyni zamanda Macarıstan-Azərbaycan əlaqələri haqqında danışıb.