Respublikası Prezidenti cənab İlham Əliyevin 14 fevral 2019-cu il tarixli Sərəncamına əsasən 19 Noyabr 2019-cu il tarixdə şəhərinin 70 illiyinə həsr olunmuş ümumşəhər tədbiri keçirilib.
Unikal.org xəbər verir ki, tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev, millət vəkilləri, Sumqayıtla qardaşlaşmış şəhərlərin nümayəndələri, ictimaiyyət nümayəndələri və on minlərlə şəhər sakini iştirakı edəib.
Şəhərin yubileyinə həsr edilmiş bayram tədbiri Sumqayıt şəhər İcra Hakimiyyətinin qarşısında, Azərbaycan prospektində keçirilib.
Tədbir çərçivəsində Azərbaycan prospekti boyunca Dövlət Sərhəd Xidmətinin hərbi orkestrinin müşayəti ilə həbçilərin hərbi keçidi olub. Keçid zamanı Dövlət Sərhəd Xidmətinin malik olduğu müasir silahlar da nümayiş olunub.
Bununla yanaşı, sənaye müəssisələri, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlar öz kollektivləri ilə bayram əhval-ruhiyyəsində keçid ediblər.