“Kainat gözəli” yarışmasına Ukraynadan qatılacaq model Anastasiya Subbotanın viza müraciəti ABŞ tərəfindən rədd edilib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, 26 yaşlı model yarışmaya üç həftə qalmış ABŞ-a viza müraciəti etsə də, imtina edilib.
Hadisə ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Vladimir Zelenski arasında telefon bağlantısı qalmaqalından sonra xüsusi diqqət çəkib.
14 ildir yarışmaya qatılan Ukrayna ilk dəfə belə halla rastlaşıb.
Ukrayna Kainat gözəli yarışmasının təşkilat komitəsinin sədri Anna Filimonova səfirə məktub yazaraq “Subbota viza proseduru üçün bütün sənədləri təqdim edib. Ancaq bir açıqlama olmadan viza müraciəti rədd edilib” deyib.
Məktuba müsbət cavab gəlməzsə, Ukrayna bu il yarışmaya qatılmaya bilər.