Bu gün Tokioda keçirilən batut gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarından daha bir sevindirici xəbər gəldi.
Unikal.org AGF-yə istinadən xəbər verir ki, Bu dəfə tamblinq yarışlarında 11-12 yaşlı gimnastlar arasında ölkəmizi təmsil edən Aleksey Karataşov yarışların qızıl medalını qazandı. Təsnifat mərhələsində elə ilk pillədən finala vəsiqə qazanan Bakı Gimnastika Məktəbinin yetirməsi Aleksey, finalda da 62.700 xalla birinciliyi əldən buraxmadı.
Qalibin şərəfinə yeni istifadəyə verilmiş və Tokio-2020 Olimpiya Oyunları çərçivəsində gimnastika yarışlarının keçiriləcəyi Ariake Arenasında Azərbaycan Respublikasının Dövlət Himni səslənib.