İngiltərədə yanlışlıqla sərbəst buraxılan məhkuma ömürlük həbs cəzası verilib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, həbsdən çıxdıqdan sonra yüksək dozada narkotik və spirtli içki qəbul edən 34 yaşlı kişi 11 qadına təcavüz edib. 

O bu dəhşətli əməllərini Uotford, London, Mançester və digər şəhərlərdə həyata keçirib.

Hakim qarşısına çıxarılan cinayətkar ömürlük həbs cəzasına məhkum edilib.