Kocaeli şəhərində saxta sənədlərlə firmalardan televizor və kompozit materiallar alıb satan dəstə saxlanılıb.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, 4 nəfərdən ibarət dəstə 5 firmadan saxta sənədlərlə aldıqları məhsulları Ankaraya apararaq aşağı qiymətə satıblar. Polisin həyata keçirdiyi əməliyyatlar nəticəsində şübhəli şəxslər saxlanılıb.
Ələ keçirilən 500 min TL (150 min manat) dəyərindəki məhsullar isə sahiblərinə qaytarılıb.