Bakıda əcnəbi futbolçunun pulunu oğurlayan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Unikal.org-a verilən məlumata görə, dekabrın 17-də Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə müraciət edən Botsvana Respublikasının vətəndaşı Mfo Kqasvane pulunun oğurlanmasını bildirib.

Araşdırmalarla müəyyən edilmişdir ki, həmin gün saat 17 radələrində N.Rəfibəyli küçəsində 2 azyaşlı ona yaxınlaşıb, sonradan isə o, cibindəki 15 manat və 500 ABŞ dollarının oğurlanmasını aşkar edib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Yevlax rayon sakinləri olan 2 azyaşlı qız Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıblar.

Araşdırma aparılır.

Qeyd edək ki, Mfo Kqasvame Bakıda Azərbaycan Premyer Liqasında çıxış edir. Afrikalı oyunçu Botsvana yığmasının üzvüdür. 25 yaşlı botsvanalı futbolçunun başına bu insident Bakının Səbail rayonunda gəlib. 2019-cu ilin yanvarından Bakının "Zirə" klubunda oynayan afrikalını dilənçilər soyublar. Kqasvane dekabrın 17-də saat 17:00 radələrində Nigar Rəfibəyli küçəsi ilə gedərkən 14 saylı binanın ətrafında ona iki dilənçi yaxınlaşıb. Onlar gedəndən sonra afrikalı cibindən 500 ABŞ dolları (851 manat) və 15 AZN pulun oğurlandığını müəyyən edib. O, hadisə barədə rayonun 9-cu polis bölməsinə məlumat verib. Hazırda hüquq-mühafizə orqanları sözügedən insidentlə bağlı araşdırma aparır.