Türkiyənin Ədirnə vilayətində qəribə hadisə yaşanıb.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, sürücünü uzaq məsafədən görən it hürərək ona yaxınlaşıb. Təəccüblə itin yardımına gedən sürürcü 10 metr uzaqlıqda itin balasının yemək axtararkən başının yemek qutusuna ilişdiyini görüb. Sürücü başı yemək qutusuna sıxışmış itin balasına köməklik göstərərək onu xilas edib.  

Bu görüntülər digər sürücülər tərəfindən cib telefonu ilə lentə alınıb və sosial şəbəkədə paylaşılıb. 

Gülayə Mecid