BMT-nin Baş katibi Antonio Quterreş Somalidəki terror hücumunu sərt şəkildə qınayıb.

Unikal.org “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Baş katibin sözçüsü Stefan Düjarrikin verdiyi açıqlamada deyilir.

“Baş katib 28 dekabrda Moqadişoda baş verən terror hücumunu qətiyyətlə pisləyir”, - deyə Düjarrik bildirib.

Onun sözlərinə görə, Baş katib hücumun günahkarlarının məsuliyyətə cəlb olunması ilə bağlı çağırış edib.