Misirdə işçiləri daşıyan avtobus və mikroavtobusun toqquşması nəticəsində dəhşətli ağır yol nəqliyyat hadisəsi baş verib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, işçiləri daşıyan yük maşınının toqquşması nəticəsində 18 nəfər ölüb, 6 nəfər yaralanıb. Belə ki, işçilərin Post Saiddəki bir geyim fabrikində çalışdığı qeyd edilib.
Qeyd edək ki, qəza ilə bağlı Səhiyyə və ya Daxili İşlər Nazirlikləri tərəfindən heç bir açıqlama verilməyib.
Gülayə Mecid