Dövlət Gömrük Komitəsi və onun qurumları, gömrük-sərhəd keçid məntəqələri qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar qeyri-iş günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Unikal.org bu barədə Komitəyə istinadən xəbər verir.
Məlumata görə, məqsəd gömrük sərhədindən keçirilən malların operativ şəkildə rəsmiləşdirilməsi, yarana biləcək sıxlığın qarşısının alınması, vətəndaşların, mal və nəqliyyat vasitələrinin sürətli keçidinin təmin edilməsidir.