ABŞ-da içərisində 6 nəfər olan təyyarə avtomobil dayanacağına düşüb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Luiziana ştatında baş verən qəzada təyyarənin içərisində olanlardan 5-i ölüb, 1 nəfər isə yaralanıb. Qəza nəticəsində dayanacaqdaki 2 maşın yanıb, 2 nəfər isə yüngül xəsarət alıb. Onların vəziyyətinin yaxşı olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.