2019-2020-ci tədris ilində Azərbaycanda ali təhsilin bütün səviyyələri üzrə 90-a yaxın ölkədən 6600 nəfərdən çox əcnəbi tələbə təhsil alır.

Unikal.org xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin illik hesabatında bildirilib.

Hesabatda qeyd olunub ki, cari tədris ilində Hökumətlərarası Təqaüd proqramları çərçivəsində Macarıstanda 200, Çində 37, Rumıniyada 2, Rusiya Federasiyasında 3, Latviyada 13, Qazaxıstanda 4, ümumilikdə isə 259 nəfər xaricdə təhsil almaq hüququ qazanıb.