Amerikalı aktrisa Sue Lion vəfat edib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, "Lolita" filmi ilə məhşurlaşan Sue Lion 73 yaşında dünyasını dəyişib. İşlədiyi sahəyə ilk dəfə 13 yaşında model olaraq qatılan aktrisa 4 dəfə evlənmişdi. O evliliklərinin kölgə saldığı karyerasını 1980-ci ildə bitirib.