Yəməndə hərbi parad zamanı güclü partlayış baş verib.

Unikal.org xəbər verir ki, bu baradə “Al Arabiya” telekanalı xəbər verib.

İlkin məlumata görə, hadisə nəticəsində azı 9 nəfər ölüb, 30 nəfər yaralanıb.

İnsidentin partladıcı ilə yüklənmiş pilotsuz uçan aparatın parad zamanı əs-Sumud stadionunun tribunası üzərində işə salınması nəticəsinə baş verdiyi bildirilir.