Sabahdan Azərbaycanda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar bir həftəlik tətil başlayır.
Unikal.org xəbər verir ki, 2019-cu ilin dekabrın 31-i, 2020-ci ilin yanvarın 1, 2, 3, 4, 5 və 6-sı qeyri-iş günüdür.
Qeyd edək ki, Baş Nazir Əli Əsədov imzaladığı qərarla ölkədə iş və istirahət günlərinin yerinin dəyişdirilib. Belə ki, Əmək Məcəlləsinin 105-ci maddəsinin 7-ci hissəsinə və “Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə” 2006-cı il 8 dekabr tarixli 194-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 dekabr tarixli fərmanının 2-ci hissəsinə əsasən iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə 2019-cu ilin 28 və 29 dekabr istirahət günləri ilə 2020-ci ilin 3 və 6 yanvar iş günlərinin yerləri dəyişdirilib.
Xatırladaq ki, Baş Nazir Əli Əsədovun imzaladığı sərəncama əsasən, 2020-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, mayın 24, 25-i Ramazan bayramı, iyulun 31-i, avqustun 1-i Qurban bayramı günləri müəyyən edilib.