Çində insan embrionunun genini dəyişdirən Xe Jiankuyi adlı həkimə üç il həbs cəzası verilib.
Unikal.org xarici KİV-ə istinadən məlumat verir ki, tədqiqatçı CCR5 geninə təsir göstərərək HİV-ə qarşı immuniteti olan geni dəyişdirilmiş əkizlərin yaranmasında iştirak edib. Bunu Xe Jiankuyi özü etirad edb. O bildirib ki, 2018-ci ildə əkiz Lulu və Nananın genini dəyişib. Alimin bu açıqlaması ictimaiyyətin tənqidinə səbəb olub.
Ümumilidə, 2015-ci ildən bəri ölkədə elm adamları HİV və xərçəng xəstəsi olan 86 nəfərin genini dəyişib.
Bundan sonra Şençzen şəhər məhkəməsi Xe Jiankuyini üç il müddətinə azadlıqdan məhrum edib və 430 min dollar (731 min AZN) cərimələyib.
Gülayə Mecid