2019-cu ildə dünyada uşaqlara qarşı zorakılıq halları artıb.
Unikal.org xəbər verir ki, bu barədə məlumat UNICEF-in 2019-cu il üçün hesabatında öz əksini tapıb.
Suriya, Mərkəzi Afrika və konfliktlərin baş verdiyi digər ərazilərdə uşaqlara qarşı ağır zorakılığın baş verməsi hallarının sayı 170 mini keçib.
Təkcə 2018-ci ildə münaqişə zonalarında ölən və yaralanan uşaqların sayı 12 mindən artıq olmuşdusa, bu göstərici 2019-cu ilin ilk yarısında daha da artaraq on mini ötüb. Ümumilikdə bu il 20 min uşaq müxtəlif bölgələrdə zorakılığın qurbanı olub.