Bu il dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəylik Gününün 30-cu ili tamam olur.
Unikal.org Repot-a istinadən xəbər verir ki, Türkiyənin İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Ekrem İmamoğlu Azərbaycanı Həmrəylik Günü münasibətilə təbrik edib.
O, videogörüntülü şəkildə Azərbaycana təbriklərini bu şəkildə ünvanlayıb: "31 dekabr Azərbaycanlıların Həmrəylik Günüdür. Azərbaycanlı qardaşlarımızın bayramını təbrik edirəm. Mən yaxşı bilirəm ki, bu birlik və qucaqlaşma anı bütün Azərbaycanlı dostlarımız və qardaşlarımız üçündür. Bütün Azərbaycanlı dostlarımızın həmişə yanlarında olduğumuzu bilmələrini istəyirəm. Bayramda, kədərli günlərində çiyin-çiyinəyik, bir-birimizi dəstəkləyirik, həmişə birlikdə güclüyük. Bunu da hiss edirəm. Həmrəylik Gününüz mübarək olsun, Azərbaycanlı dostlarım!".