Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçay çayında sululuq ongünlük normadan çox olmaqla normanın 12, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçayda sululuq ongünlük normadan çox olmaqla onun 170, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan az və norma daxilində olmaqla onun 30-100 faizini təşkil edir.
Bu barədə Unikal.org-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.
Bildirilib ki, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 11 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 110 kubmetr təşkil edir. Bu da ongünlük normadan az olmaqla onun 75 faizinə bərabərdir.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 30 kubmetrə bərabərdir. Bu da ongünlük normadan az olmaqla onun 41 faizini təşkil edir.
Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsi dəyişməyib. Hazırda məntəqədə su sərfi saniyədə 105 kubmetr təşkil edir. Bu da ongünlük normaya yaxın olmaqla normanın 80 faizinə bərabərdir.
Kür çayının aşağı axınında suyun səviyyəsi əsasən artıb. Belə ki, suyun səviyyəsi Kür çayının Surra məntəqəsində artaraq 408, Şirvan məntəqəsində 2 santimetr azalaraq 215, Salyanda 8 santimetr artaraq 178, Bankə məntəqəsində 1 santimetr artaraq 172, Araz çayının Novruzlu məntəqəsində isə 2 santimetr artaraq 110 santimetr təşkil edib.