Rusiya prezidenti Vladimir Putin Türkiyəyə səfərə gedəcək.

Unikal.org xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib. Ərdoğan deyib ki, yanvar ayının 8-də baş tutacaq səfərdə Rusiyalı həmkarı ilə regional məsələləri müzakirə etmək niyyətindədir.

Qeyd edək ki, Putin və Ərdoğan "Türk axını" qaz kəmərinin işə salınmasında iştirak edəcəklər.