ABŞ hərbi qüvvələrinin Bağdadda endirdiyi aviazərbələr nəticəsində öldürülən general Qasım Süleymaninin cənazəsi Tehrana gətirilib.
Unikal.org xəbər verir ki, Tehranda genrala cənazə mərasimi keçirilib. İnqilab Meydanında keçirilən mərasimə minlərlə insan qatılıb.
Süleymaninin cənazəsinin qarşısında komandirin mənəvi atası olaraq tanınan İranın ali dini rəhbəri Ayətullah Əli Xameneyi gözyaşlarını saxlaya bilməyib. Mərasimdə İran prezidenti Həsən Ruhani və digər dövlət rəsmiləri qatılıb.