“31 dekabr – Dünya Azərbaycanlılarının həmrəylik və Yeni il bayramları günlərində istehlakçıların elektrik enerjisinə olan tələbatı adi günlərdən fərqlənməyib”.
Bunu Unikal.org-a açıqlamasında “Azərişıq” ASC-nin Mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.
Onun sözlərinə görə, ötən illərə nisbətən bu il elektrik enerjisi kəsintilərinin də həcmi xeyli azalib: “İstehlakcilarin elektrik enerjisi təchizatında heç bir problem yaranmayıb. Bayram günləri “Azərişığ”ın 199 saylı çağrı mərkəzinə edilən müraciətlərin sayı da kəskin azalıb. Son 1 həftədə ümumilikdə 1277 müraciət daxil olub ki, onların da əksəriyyəti məlumat xarakterli olub”.
Qeyd edək ki, “Azərişıq” bayram günlərində gücləndirilmiş iş rejiminə fəaliyyət göstərib.