Türkiyənin İsgəndər vilayətində dəhşətli hadisə baş verib.
Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, 20 yaşlı gənc qız keçmiş sevgilisinin hücumuna məruz qalıb.
Belə ki, 23 yaşında Casim Ozan adlı gənc oğlan sevgilisin üzünə kislata ataraq onun üzünün bir hissəsini tanınmaz vəziyyətə salıb. Şikayət əsasında Casim Ozan “qəsdən adam yaralama” maddəsiylə 13 il 6 ay həbs cəzasına məhkum edilib.
Qeyd edək ki, gənc qız sağ gözünün görmə qabilliyyətini tamamilə itirib.
Gülayə Mecid