AFFA-nın növbədənkənar konfransı keçirilib.

Unikal.org xəbər verir ki, konfransda AFFA-nın nizamnaməsinə edilən dəyişiklik təklifləri qəbul edilib. Təkliflər iştirakçılar arasında səsverməylə qəbul olunub.

Təklif olunan əsas müddəalar bunlar idi:

1. AFFA-nın idarəetmə orqanlarının müvafiq anlayışlarının verilməsi
2. Hüquq-tətbiqedici orqan anlayışının daxil edilməsi
3. Müvafiq müddətlərin müəyyənləşdirilməsi
4. AFFA-nın İcraiyyə Komitəsinin tərkibində dəyişiklik və üzvlərinin sayının artırılması
5. İcraçı vitse-prezident vəzifəsi təsis edilməklə vitse-prezidentlərin sayının 4 olaraq müəyyənləşdirilməsi
6. Prezident və icraçı vitse-prezidentin səlahiyyələrinin həcminin müəyyənləşdirilməsi
7. Birdən artıq sayda kluba nəzarət qaydasının tam olaraq UEFA-nın nizamnaməsinə uyğunlaşdırılması
8. Digər dəyişikliklər