Bakı-Qazax avtomobil yolunda 37 yaşlı kişi yük maşınının altında qalaraq ölüb.

Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə magistralın Şəmkir rayonunun Sarıtəpə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Şəmkir rayon sakini, 1983-cü il təvəllüdlü Ramin Pənahov yük maşının altında qalaraq ölüb. Meyit ekspertizaya aparılıb.

Hadisənin hansı şəraitdə baş verdiyi hələ ki məlum deyil.

Faktla bağlı araşdırma aparılır.