Bu gün 229 nömrəli tam orta məktəbdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov Q.Qarayev prospekti 55, 63 və Nəsimi küçəsi 28, 30, 32 ünvanlarda yaşayan sakinlərlə növbəti səyyar qəbul-görüş keçirib.
Unikal.org xəbər verir ki, səyyar qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının və 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, rayonun xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak ediblər.
Qəbulda sakinlərin təklif, müraciət və şikayətləri rayon rəhbəri tərəfindən dinlənilib, onları narahat edən bu və ya digər məsələlərlə bağlı verdikləri suallar ətraflı cavablandırılıb.
Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib və onların icrası nəzarətə götürülüb.