Avstraliyalı alimlər araşdırma nəticəsində inəklərin də yemək və hava kimi mövzularda öz aralarında danışdıqlarını bildiriblər.
Unikal.org xəbər verir ki, alimlər inəklər aralarında hisslərini izah etmək üçün bir dil inkişaf etdirdiyini iddia ediblər.
Artıq mütəxəssislər 'İnəklər üçün Google Translate (Google Tərcümə)' istifadəyə veriblər. İnəklərin böyürdükləri zaman əslində nə demək istədiklərini 'sözlərə tərcümə' ediblər.
Buna görə, inəklər sürü ilə əlaqə yaratmaq və ya həyəcanlarını, stresslərini və oyandıqları vaxtı əks etdirmək üçün böyürəndə 'fərqli bir ton' istifadə edirlər.
Alimlərin qrup lideri Alexandra Green, "İlk dəfə, bu xüsusiyyətlərinin qəti dəlilini göstərmək üçün səsi analiz edə bildik" deyərək yeni araşdırmanın əhəmiyyətini açıqlayıb.
Araşdırma üçün 13 heyvanın səsini analiz etdiklərini ifadə edən Green, inəklərin yemək kimi özlərini xoşbəxt edən şeylərdən danışarkən çox daha tembrli səslər çıxardığını söylədi.
İnəklərin çox sosial və nəcib heyvanlar olduğuna diqqət çəkən Green, "Hər birinin unikal bir səs tonu var, onlara bakmadığımda belə yalnız səsindən hansının böyürdüyünü anlaya bilirəm" dedi.
Tədqiqat zamanı həmçinin inəklərin, yemək gözləyərkən ya da yemək verilməyəndə, qrupdan ayırıldıqda zaman öz aralarında danışdıqlarını da müəyyənləşdirilib.