İngiltərə gündəmini son günlər HMP Frankland həbsxanasında yaşanan qalmaqallı hadisə zəbt edib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, həbsxanada çalışan qadın 57 yaşlı məhkum narkobaronla cinsi əlaqədə olub. Qalmaqallı hadisənin ortaya çıxmasından sonra 40 yaşlı qadın öz əməlini etiraf edib. Bir qız anası olan qadının 1 yaşlı nəvəsi də var. Onun evli olub-olmaması məlum deyil.
İlk məhkəmədən sonra hələlik sərbəst buraxılan həbsxana işçisi qadının növbəti məhkəməsi 7 fevral tarixində baş tutacaq.