Azərbaycanın ali təhsil müəssisələrində yerli vətəndaşlarla yanaşı 84 xarici ölkədən 5,5 min tələbə təhsil alır.
Unikal.org Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əcnəbi tələbələrin sırasında Türkiyə, İran, Rusiya, Gürcüstan, İraq və Türkmənistan Respublikasının vətəndaşları üstünlük təşkil edirlər.
2019/2020-ci tədris ilinin əvvəlinə xarici ölkələrdə dövlət xətti ilə təhsil alan tələbələrin sayı 807 nəfər olub. Xaricdə təhsil alan gənclərin 44,6 faizi Bakı, 55,4 faizi isə Azərbaycanın müxtəlif regionlarında yerləşən məktəblərin məzunlarıdır.
Tələbələrin əksəriyyəti Türkiyə, Rusiya, Macarıstan, Çin, Birləşmiş Krallıq və Kanadanın ali təhsil müəssisələrində təhsil alır.