“Qalatasaray”ın futbolçusu Mariano karyerasını Braziliyada davam edə bilər.
Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, 33 yaşlı müdafiəçi “Palmeyras”a keçməyə yaxındır. Məlumatda bildirilir ki, “Palmeyras”la “Qalatasaray”ın artıq razılaşdığı və “cim-bom”un bu transferdən 1 milyon avro qazanacağı bildirilir.
“Qalatasaray”la bu ilin yayına qədər müqaviləsi olan Mariano, bu mövsüm Super Liqada 15 oyuna çıxıb.