Türkiyədə özünü inşaat ustası, elektrikçi və lift təmirçisi kimi tanıtdıran şəxsin etdiyi oğurluqların üstü açılıb.
Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, saxlanılan "parikli" oğrunun aktrisa Hülya Avşarın Əskişəhirdəki evindən də oğurluq etdiyi məlum olub. O, 2 il öncə həyata keçirdiyi oğurluqda 1500 TL (430 manat) pul, bank kartları, dəyərli bəzək əşyaları və sənədləri aparıb.
21 illik həbs cəzasına məhkum edilən şəxs taxdığı pariki yeniləyərkən yaxalanıb.